“ORACLE ADVİSORY GROUP” TƏŞKİLATI VƏ “VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI” ŞUŞADA MƏTBUAT KONFRANSI KEÇİRİR

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib.

Sorğunun nəticələri ilə bağlı Şuşa şəhərində mətbuat konfransı başlayıb.

Qeyd edək ki, “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasından akkreditasiyadan keçib.