ERMƏNİSTANIN BAŞ NAZİRİ QAZAXISTANA SƏFƏR EDİB

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, baş nazir Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək. Bundan başqa, onun bir sıra görüşləri də gözlənilir.

Məlumata görə, Almatı görüşlərində ikitərəfli əlaqələrin inkişafının, regionda və dünyada baş verən proseslərin müzakirə olunacağı nəzərdə tutulur.