
Azərbaycanın Fransadakı Səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Secki-2024.az xəbər verir ki, diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral Prezident seçkilərində iştiraka dəvət edib.
Səsvermə Mədəniyyət Mərkəzi nəzdində yaradılmış seçki məntəqəsində baş tutacaq.
