“QIRMIZI KÖRPÜ” GÖMRÜK POSTUNDA GÖZLƏYƏN YÜK MAŞINLARININ SAYI 700-Ə ÇATIB

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük maşını gözləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “Biləsuvar” gömrük postunda 70, Astara gömrük postunda 274, “Mazımqara” gömrük postunda 16, “Samur” gömrük postunda 38 və “Xanoba” gömrük postunda 6 yük maşını keçid üçün dayanıb.