MSK SƏDRİ: ERMƏNİƏSİLLİ SEÇİCİLƏR DƏ SƏSVERMƏDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI KİMİ İŞTİRAK EDƏ BİLƏRLƏR

Erməni əsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər.

Secki-2024.az xəbər verir kibunu MSK sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, bizim üçün seçici var. Onları fərqləndirmirik. Qadınlar da, kişilər də, xaricdə yaşayanlar da, ölkədəki vətəndaşlar da eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir. Onların heç birinin üstünlüyü yoxdur.