CİNAYƏT MÜHAKİMƏ İCRAATI İLƏ BAĞLI QƏBZİN FORMASI TƏSDİQ EDİLƏCƏK – FƏRMAN

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin forması təsdiq ediləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində:

– cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

– cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.