ZIĞ DAİRƏSİ-HAVA LİMANI YOLUNDA SÜRƏT HƏDDİ BƏRPA EDİLİB

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət tablolarından “Güclü külək” və “sürüşkən yol” işarəsi də götürülüb.