PREZİDENT İLHAM ƏLİYEV DAŞKƏSƏN RAYONUNA SƏFƏR EDİB. ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Daşkəsən şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.