İŞ YERİNİN QARŞILIQLI DƏYİŞDİRİLMƏSİ PROSESİNDƏ İŞTİRAK EDƏN MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yanvarın 26-da təşkil olunacaq sənəd yoxlanışına 112 müəllim dəvət olunub.