Bu gün Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı general Polad Həşimovun adına yaradılan parkın açılışı olub.
Tədbirdə Xətai rayon İH-nin başçısı Rafiq Quluyev, icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak edib.
Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.
Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb.
Qeyd edək ki, Bakı şəhəri Xətai rayonu Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov adlandırılıb. Polad Həşimov parkı da həmin küçədə yerləşir.