
Rusiyanın Saxal adasının cənub-qərb sahili yaxınlığında Tatar boğazında 4,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ adanın bir sıra cənub ərazilərinin sakinləri hiss ediblər.
Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Saxalin filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Nevelsk rayonunun Seleznevo kəndindən 18 km aralıda 8 km dərinlikdə yerləşib.
Onun sözlərinə görə, seysmik hadisə Nevelski və Xolmski rayonlarında 3-5 bal gücündə hiss olunub. Xəsarət alan olmayıb və sunami xəbərdarlığı verilməyib.