
Fransa Senatının qətnaməsi heç bir işə yaramayacaq.
Bunu fransalı senator Natali Qule Milli Məclisin deputatı Vüqar Bayramovun “X” sosial şəbəkə hesabında paylaşımına şərh yazarkən bildirib.
“Narahat olmayın, bu, işə yaramayacaq və Fransa hökumətinə heç bir təsir göstərmir… Əlaqələrimizi bir az daha təhlükə altına salmadıqca”, – deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov “X” (tvitter) sosial şəbəkə hesabında bildirib ki, Qafqazda möhkəm sülhə nail olmaq ikili standartlara əsaslanan qərəzli sanksiyalara çağırışlarla deyil, əməkdaşlıq təklifləri ilə mümkündür.
“Fransa Senatının son qətnaməsi yalnız sülh danışıqlarına kölgə salır, regionda mövcud status-kvo heç vaxt dəyişməyəcək”, – deyə o qeyd edib.