XİDMƏT RƏİSİ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASININ REKLAM HAQQINDA QANUNUN TƏLƏBLƏRİNƏ TAM RİAYƏT EDİLMİR

Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti sosial şəbəkələrdə Azərbaycan Respublikasının reklam haqqında qanunun tələblərinə tam riayət olunmadığını müəyyən edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Mövcud çatışmazlıqların aradan qaldırılması üçün reklam qanuvericiliyinə dəyişikliklərin olunması üzrə təkliflər paketi təqdim olunub”, – deyə M. Abbasbəyli bildirib.