AZƏRBAYCANDA QURBAN BAYRAMI QEYD EDİLİR

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Bayram miladi təqvimlə iyulun 20-nə təsadüf edir.

İyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Qeyd edək ki, Qurban Bayramı ilə əlaqədar 18,19,20,21 iyul qeyri iş günləridir.

Karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün də şərait yaradılıb. (www.qurbanliq.kendden.az).

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.