BİNƏQƏDİ RAYONUNDA MEBEL SEXİNDƏ BAŞ VERƏN YANĞIN SÖNDÜRÜLÜB 

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.