
AFFA Hakimlər Komitəsinin üzvü Ömər Paşayev və hakim-inspektor Rəhim Həsənov Türkiyənin İstanbul şəhərində təşkil edilən “Hakim təlimçisi kursu”nda iştirak edirlər.
AFFA-nın rəsmi saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Hakimlər Akademiyasının təşkil etdiyi kurs yanvarın 13-dək davam edəcək.