AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL BİRGƏ İŞÇİ NAHAR EDİBLƏR

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşılayıb.

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdiriblər.