ƏFQANISTANDA 6,3 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Əfqanıstanın şimal-şərqində 6,3 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri 12 min nəfər əhalinin yaşadığı Curm yaşayış məntəqəsindən 41 km məsafədə yerləşib. Zəlzələ ocağı 188 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barəsində məlumat daxil olmayıb.