
Azərbaycan vətəndaşı 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə tam fərqli hisslərlə gedəcək. 30 il öncə onlar seçkilərin 20 faizində keçirilməyən ölkənin vətəndaşı idi. İkinci Qarabağ müharibəsindən sonra artıq yeni reallıqlar zamanıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Vətəndaşlarımız Zəfər seçkiləri kimi tarixə düşəcək fevralın 7-də seçkilərdə iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşacaqlar.
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasından (ARGTMŞ) bildirilib ki, ARGTMŞ tərəfindən də fəal vətəndaşlıq və seçki hüququ ilə bağlı maarifləndirici tədbirlər, üzv təşkilatlarla ictimai müzakirələr keçirilir və seçki prosesinə müşahidəçi qismində cəlb olunacaq üzv təşkilatların gənclərindən ibarət siyahı hazırlanır.
Müşahidəçi qismində iştirak edəcək Gənclər Təşkilatlarının üzvlərinin qeydiyyatdan keçməsi üçün siyahı Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Müşahidəçilər seçki prosesinin şəffaflığına nəzarət edəcəklər.
ARGMTŞ növbədənkənar Prezident seçkilərində bütün gəncləri səsvermədə fəal iştirak etməyə və vətəndaş mövqeyini ortaya qoymağa dəvət edir.