İNDONEZİYADA 6,8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

İndoneziyanın Talaud adası yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Episentri təxminən 679 min insanın yaşadığı Filippinin General Santos şəhərindən 171 km cənub-şərqdə olan təbii fəlakətin ocağı 91 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.