AZƏRBAYCAN ATLETİ BEYNƏLXALQ MARAFONDA REKORDA İMZA ATIB

Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda qüvvəsini sınayıb.

Azərbaycan Atletika Federasiyasından (AFF) verilən məlumata görə, finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub.

O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.