RƏŞAD MƏMMƏDOV QAZAXISTANA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİR VƏZİFƏSİNDƏN GERİ ÇAĞIRILDI

Prezident İlham Əliyev R.E.Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

Sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.