
Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ nəticəsində həlak olanlarla bağlı Yaponiyaya başsağlığı verib.
Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında bildirilib.
Başsağlığında deyilir: “Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”.