“QARABAĞ”IN XANKƏNDİDƏKİ OYUN ÜÇÜN HAZIRLANMIŞ FORMALARI SATIŞA ÇIXARILIB

“Qarabağ”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda MOİK-ə qarşı keçirilmiş oyun üçün özəl hazırlanmış formaları satışa çıxarılıb.

Klubdan verilən məlumata görə, tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən geyim dəstlərini Ağdam təmsilçisinin fan-şopundan əldə etmək olar.

Məhdud sayda – cəmi 100 ədəd hazırlanan formalar ağ, göy və qara rənglərdədir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilmiş ilk rəsmi futbol matçı kimi tarixə düşən görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanaraq 1/4 finalda “Sabah”a rəqib olub.