UEFA REYTİNQİNDƏ AZƏRBAYCAN MÖVQEYİNDƏ QALIB

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Çempionlar Liqasının III təsnifat mərhələsinin 3 matçından sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

Bu, bəzi ölkələrin xal hesabını artırması ilə nəticələnib. Ukrayna, Belçika və Yunanıstan klublarının qələbələri bu ölkələrə əlavə xal gətirib.

Lakin cədvəldə hər hansı yerdəyişmə gerçəkləşməyib. Azərbaycan 26-cı pillədə qalıb. Ölkəmizin hesabında 15,875 xal var.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 80,640 xala malik İspaniya qərarlaşıb.