
Sakinlərinə keyfiyyətli həyat təklif edən 10 şəhərin adı açıqlanıb. Siyahıda Qərbi Avropadan yeddi, Sakit okeandan iki və Şimali Amerikadan bir şəhər yer alıb.
Xarici KİV-lər xəbər verir ki, Mercer qlobal məsləhət şirkəti bu barədə araşdırma aparıb.
Araşdırma zamanı, həyat keyfiyyəti reytinqində siyasi sabitlik, səhiyyə, təhsil, infrastruktur və sosial-mədəni mühit kimi amillər nəzərə alınıb. Bundan başqa, xarici ölkələrdə işçilər və onların ailələri üçün gündəlik həyat təcrübələri də qiymətləndirilib. 5 qitədən 241 şəhər araşdırılıb. Onlardan 10-u seçilib. Həmin şəhərləri təqdim edirik:
Vyana, Avstriya
Sürix, İsveçrə
Auckland, Yeni Zelandiya
Kopenhagen, Danimarka
Cenevrə, İsveçrə
Frankfurt, Almaniya
Münhen, Almaniya
Vancouver, Kanada
Düsseldorf, Almaniya
Sidney, Avstraliya










