TÜRKİYƏNİN PİLOTSUZ DÖYÜŞ TƏYYARƏSİ İLK UÇUŞUNU HƏYATA KEÇİRİB

Türkiyənin Aviasiya və Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan “ANKA-3“ pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında sınaq uçuşunun görüntüsünü paylaşıb.

“TUSAŞ tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəmiz “ANKA-3” bu gün ilk uçuşunu uğurla həyata keçirdi. İnşallah, təyyarəmiz qabaqcıl texnologiyaları, dizaynı və xüsusiyyətləri ilə ölkəmizin müdafiəsinə güclü töhfə verəcək”, – deyə Ərdoğan paylaşımında vurğulayıb.