AZƏRBAYCANLA BELARUS ARASINDA MƏXFİ İNFORMASİYANIN QARŞILIQLI ÖTÜRÜLMƏSİNƏ DAİR MÜQAVİLƏ TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Bununla “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilib.