İÇƏRİŞƏHƏRDƏ “SEHRLİ QALA” GÜNLƏRİ KEÇİRİLİR

Şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Sehrli Qala” günləri keçirilir.

Həftəsonu ziyarətçilərə bayram sevinci bəxş etmək üçün uşaq rəqs kollektivlərinin çıxışları, musiqili əyləncə saatları, müxtəlif interaktiv oyunların təşkili nəzərdə tutulub.

Tədbirin 2024-cü il yanvarın 7-dək keçirilməsi nəzərdə tutulub.