BAŞ PROKURORLUQ DƏM QAZI TƏHLÜKƏSİNDƏN QORUNMAQ ÜÇÜN ƏHALİYƏ MÜRACİƏT EDİB

Baş Prokurorluq dəm qazı təhlükəsindən qorunmaq üçün əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

– 1 kvadratmetr təbii qazın yanması üçün 2 m kub oksigen və ya 10 m kub hava tələb olunur. Vanna otağına daima təmiz hava daxil

olmalıdır ki, oradakı oksigen yanaraq bitməsin və dəm qazı yaranmasın.

– Yanma prosesində hava çatışmadıqda qazın natamam yanması baş verir və nəticədə kəskin zəhərləyici xassəyə malik dəm qazı əmələ gəlir.

– Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sovurucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır.

– Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır.

– Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır.

– Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.