TURAL GƏNCƏLİYEV: XURŞİDBANU NATƏVANIN HEYKƏLİNƏ QARŞI HÖRMƏTSİZLİK FRANSANIN CILIZLIĞINI GÖSTƏRİR

Hakimiyyətini ksenofobiya, islamofobiya kimi amallar üzərində quran bəzi qüvvələr Azərbaycana qarşı revanşist, qərəzli siyasət yürüdür, Ermənistanı silahlandırmaqla məşğuldurlar. Azərbaycan öz ərazilərini işğalçıdan, təcavüzkardan azad etməklə, digər ölkələrə nümunə sərgiləyir və bu istiqamətdə dəstəyini nümayiş etdirir. Görünür ki, bunu bəzi irticaçı qüvvələr qəbul etmirlər.

Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin dekabrın 26-da keçirilən iclasında səsləndirib.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini qeyd edən deputat bildirib ki, ölkəmizin uğurları bir çoxlarını qıcıqlandırır. Onun sözlərinə görə, Ermənistandan vaxtilə manipulyasiya vasitəsi kimi istifadə edən Fransa indi həmin ölkənin vasitəsilə Azərbaycana qarşı qərəzli, irticaçı siyasət yürüdür.

Tural Gəncəliyev Fransada tanınmış şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizliyin iyrənc hərəkət olduğunu vurğulayıb və bunu cılızlıq kimi dəyərləndirib.