PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-alinizə doğum gününüz münasibətilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək OPEC və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə əsasən dayanıqlı neft bazarının sabitliyini təmin etmək üçün göstərilən səylərdə ən etibarlı tərəfdaşlardan biri olan Azərbaycan Respublikasının Prezidenti kimi Sizin idarəçilik, diplomatik və liderlik xüsusiyyətlərinizə heyranlığımı vurğulamağı özümə borc bilirəm.

Bu il Bakıya səfərim zamanı gərgin iş qrafikinizə baxmayaraq vaxt ayırıb məni qəbul etdiyiniz üçün Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, gözəl ölkənizə səfərlərimiz zamanı keçirilən yüksək səviyyəli görüşlərdə təşkilatımıza göstərilən misilsiz qonaqpərvərliyə görə Sizə daim minnətdarıq.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uğurlar arzulayır və Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi diləyirəm”.

xxx

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Sizin həyat yolunuz quruculuqdur və bu, bütün qüvvənizi və fərqli liderlik bacarığınızı həsr etdiyiniz xalqa xidmətlə sıx bağlıdır.

Sizin bütün daxili resursları birləşdirərək ölkənin inkişafına yönəltmək bacarığınız ictimaiyyətə zamanın çağırışlarının öhdəsindən uğurla gəlməyə şərait yaradan mühüm amildir. Respublikada Sizin rəhbərliyinizlə həyata keçirilən irimiqyaslı iqtisadi və humanitar layihələr onun tərəqqisi üçün geniş imkanlar yaradır.

Rusiyada Azərbaycana xüsusi səmimiyyətlə və sevgi ilə yanaşırlar. Siz dövlətlərarası sazişlərin praktiki icrasına yardım etməklə ölkələrimizin xalqları arasında əlaqələrin möhkəmlənməsi üçün Rusiya və Azərbaycanın uğurlu gələcəyinin zəmanətinə çevriləcək möhkəm təməl yaradırsınız.

TASS öz fəaliyyətində respublikanın həyatında baş verən əsas hadisələrin işıqlandırılmasına mühüm diqqət ayırır. Ümid edirəm ki, bizim informasiya əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə çıxacaq.

İcazə verin, Sizə doğum gününüzdə dərin ehtiramımı ifadə edim, möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə yeni-yeni müvəffəqiyyətlər arzulayım”.

xxx

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm.

Siz dahi atanızın layiqli varisi və ideyalarının böyük davamçısı kimi onun arzularının reallaşmasına artıq nail olmusunuz. Azərbaycanın ən doğru inkişaf yolunu, onun beynəlxalq aləmdə siyasi, iqtisadi və sosial mövqeyini müəyyən etmisiniz, ölkənin suverenliyi tam təmin olunub.

Siz təcrübəli, qətiyyətli, uzaqgörən və nəcib dövlət xadimisiniz. Əminəm ki, Siz gələcəkdə də bu yolda – ən mürəkkəb məsələlərin həllində və Azərbaycanın maraqları naminə onun imkanlarının genişləndirilməsində, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasında öz səylərinizi və məharətinizi əsirgəməyəcəksiniz.

Aramızda olan mehriban münasibətləri yüksək qiymətləndirirəm, bu münasibətlərin konstruktiv məzmunundan məmnunam. Sizinlə və mehriban ailənizlə görüşlər daim məni ürəkdən sevindirir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, müvəffəqiyyətlər diləyir, ən xoş arzularımı çatdırıram”.

xxx

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Sizin uzaqgörənliyiniz və müdrikliyiniz, müstəsna səriştəniz, yüksək fədakarlığınız, durmadan artan milli lider nüfuzunuz və insanları ruhlandırmaq bacarığınız ən yüksək hörmətə və rəğbətə layiqdir.

Əminəm ki, Sizin istedadlı rəhbərliyiniz bundan sonra da Azərbaycanın tərəqqisinə, həmçinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan, faydalı və səmimi dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Həyatınızın bu əlamətdar günündə ən cəsarətli planlarınızın reallaşması üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji və güc diləyirəm.

Sizə və gözəl ailənizə, bütün ölkənizə uğurlar və sülh arzu edirəm”.

xxx

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə xüsusi ehtiramla təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, ölkənin və xalqın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tələbəlik illərindən dostlarınız kimi, Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlarla fəxr edirik. Bu nailiyyətlər Azərbaycan xalqının qazandığı tarixi qələbələrdə özünün daha parlaq təzahürünü tapıb. Sizin yürütdüyünüz müdrik və düşünülmüş siyasət sayəsində bu qələbələrin əsasları qoyuldu. Ali Baş Komandan kimi istedadınız, Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlığı isə ölkənin əzəli tarixi torpaqlarının azad olunması və əsl sahiblərinə qaytarılması ilə nəticələndi. Sizin rəhbərliyinizlə azad edilmiş ərazilərin qısa müddətdə bərpası göstərdi ki, Qarabağ Azərbaycanın incisinə çevrilir.

İcazə verin Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını arzulayım”.

xxx

Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz mübarək olsun! Sizin üçün bu əlamətdar gündə ən səmimi təbriklərimi qəbul edin.

Siz uzun illər ərzində ölkənin həyatında sabitliyin və rifahın təminatçısı, Azərbaycan xalqının etibarlı müdafiəçisi, dünyada gedən iqtisadi və siyasi proseslərin fəal iştirakçısı, Rusiyanın etibarlı tərəfdaşısınız. Sizin müdrik siyasətiniz, strateji düşüncə tərziniz, məqsədyönlülüyünüz və uzaqgörənliyiniz artıq çoxdandır ki, ən yüksək şəkildə qiymətləndirilib, Azərbaycan xalqı tərəfindən ehtiram və minnətdarlıqla, dünya ictimaiyyətinin rəğbəti ilə qarşılanıb.

Sizə səmimi-qəlbdən xoşbəxt həyat və ən başlıcası, uzun ömür arzulayıram. Qoy, həyatınız sevincli hadisələrlə, xeyirxah əməllərlə və böyük nailiyyətlərlə zənginləşsin!

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram”.

xxx

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbrikimizi qəbul edin.

Dərin biliyiniz və yüksək peşəkarlığınız Sizə öz dövlətinizin maraqlarını müdafiə etmək, açıq siyasi dialoq aparmaq imkanı verir. Sizin ardıcıl fəaliyyətiniz, sözsüz ki, respublikanın sosial-iqtisadi inkişafına və onun Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxşaxəli əməkdaşlığın möhkəmlənməsindəki ənənəvi fəal iştirakına kömək edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, firavanlıq və Azərbaycan xalqının rifahı naminə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

xxx

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Doğum gününüz mübarək. Bu əlamətdar gündə Azərbaycan xalqı və bütün dünyadan olan insanlara qoşularaq Sizə – görkəmli dövlət xadimi, sadiq beynəlmiləlçi və mərhəmətli insana xoşbəxtlik arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, Sizin fəaliyyətinizin və ümumbəşəri dəyərlərə sadiqliyinizin dünyamız üçün nə demək olduğunun şahidi olmuşam. Azərbaycan cəmiyyəti üçün əsas dəyərlərdən olan tolerantlığın və dinc yanaşı yaşamağın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizi alqışlayıram.

Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, bəşəriyyətə sədaqətinizin və möhtəşəm təvazökarlığınızın izi tarixdə əbədi qalacaq. İnanıram ki, Siz bundan sonra da uzun illər müdriklik və ümid nümayiş etdirərək hamımızı birlikdə daha yaxşı bir dünya yarada biləcəyimizə inanmağa ruhlandıracaqsınız.

Tanrı Sizə möhkəm cansağlığı, uzun illər sevinc dolu xoşbəxtlik nəsib etsin!”

xxx

Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm və neçə-neçə belə gözəl günlər qeyd etməyinizi arzulayıram.

1997-ci ilin yayında atanızla Nyu-Yorka səfəriniz zamanı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı çərçivəsində Sizinlə qısa da olsa görüşdük. Nyu-Yorkdakı görüşümüzdən cəmi bir neçə ay əvvəl – 1997-ci il mayın 23-də isə mən Ümummilli Lider Heydər Əliyevlə Bakıda görüşmüşdüm. Atanız Azərbaycanın möhtəşəm mədəniyyəti ilə bağlı fikirlərini bölüşmək üçün məni iş otağına dəvət etdi. Ümummilli Lider öyrənmişdi ki, mən Bakıda yenicə təmir edilmiş Opera və Balet Teatrının açılışında çıxış etmək üçün gəlmişəm və mən ömrünü Azərbaycanın musiqi mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr etmiş azsaylı qeyri-azərbaycanlılardanam. Mən 1973-cü ildən kamança və tarda ifa edirəm və bu son 50 il ərzində ABŞ, Kanada, Böyük Britaniya, Avropada, İsraildə və təbii ki, Azərbaycanın ən yaxşı məkanlarında çoxsaylı konsertlərim olub.

Fürsətdən istifadə edərək ölkənizin suverenliyinin tam bərpası münasibətilə Sizi təbrik edirəm. Şuşanın işğaldan azad olunduğunu eşitdiyim gün həyatımın ən xoşbəxt günlərindən biri idi. 2022-ci ilin iyul ayında Azərbaycan və onun musiqi mədəniyyəti, dünyada bənzəri olmayan və daha çox tanınmağa layiq olan Azərbaycan xalqı haqqında yeni sənədli film çəkmək məqsədilə bu gözəl şəhərə səfər etdim.

Ümidvaram ki, nə vaxtsa biz görüşəcəyik və nailiyyətləriniz münasibətilə Sizi şəxsən təbrik edəcəyəm. Azərbaycanın ənənəvi mədəniyyəti, incəsənətinin təbliği və dəstəklənməsi istiqamətində gördüyü böyük işlərə görə şəxsən birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevanı da təbrik etmək istəyirəm. Bəlkə də birinci xanım 2006-cı ildə Vaşinqtonda səfərdə olarkən mənim kimi Azərbaycan mədəniyyətinin pərəstişkarı olan qeyri-azərbaycanlı şəxslərin təqdimat mərasimində tanış olduğumuzu xatırlayır”.

xxx

Rusiya Federasiyası Novosibirsk vilayəti Qanunverici Məclisinin sədr müavini Mayis Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində ölkə iqtisadiyyatının dayanıqlılığının artırılması, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanılması, sülh və anlaşmanın möhkəmləndirilməsi üzrə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Biz, soydaşlar yaşadığımız ölkədən asılı olmayaraq, Sizin dünya səviyyəli siyasətinizlə fəxr edir və qürur duyuruq. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərimizi əsirgəmirik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz daim sizinləyik”.

xxx

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Gözəl diplomat, ən yüksək daxili mədəniyyətə, parlaq istedada malik bir şəxsiyyət kimi Siz mühüm layihələr həyata keçirirsiniz. Sizin böyük enerjiniz var və bir çox sahələrdə aktiv fəaliyyət göstərir, doğma ölkənizin inkişafına mühüm töhfə verirsiniz.

Sizin daimi dəstəyiniz və diqqətinizlə əhatə olunmuş Azərbaycan Respublikasının mədəni proqramları bir rəssam kimi mənim üçün xüsusilə yaxındır.

Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual rəssamlıq layihələrinə və beynəlxalq fəaliyyətinə diqqətinizə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üzrə birgə layihələrə dəstəyinizə görə Sizə minnətdaram.

Sizinlə və əziz, unudulmaz atanız Heydər Əliyevlə mənim üçün xoşbəxt olan ünsiyyət dəqiqələrini və görüşlərimizin bənzərsiz ab-havasını daim xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə dərin ehtiramımı bildirmək, fəaliyyətinizdə daimi uğurlar, özünüzə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam”.

xxx

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizdə Uca Yaradandan uğurlar diləyirik.

Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk ediləcək hadisə miqyasına malikdir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixinin səhifələrinə möhtəşəm Zəfər Günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdi. Tarixi ədalətin bərpası – əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq qalib gəldiyiniz Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr – Xankəndi Zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi. Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini – Ata vəsiyyətini yerinə yetirmiş Zati-alinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan Sizin kimi Liderimiz var. Böhranları üstələyə bilən iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri, multikultural ənənələri ilə tanınan Azərbaycan dünyaya örnəkdir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimizə istinadən Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndiririk. Sizin təvəllüd gününüz bizə xoş fürsət verir ki, Zati-alinizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri – dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını Zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati-alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır.

Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi, beynəlxalq miqyasda həmrəyliyə xidmət edən ideyalarınızı dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Siz Uca Allahın köməyi ilə Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının lütfüdür. Bu xoş fürsətdən istifadə edərək Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi təbriklərimizi ifadə edirik. Həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi – Azərbaycan dövlətinin müzəffər dövlət başçısını bir daha ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizə uğurlar diləyirik. O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov
Rus Pravoslav Kilsəsinin və Azərbaycan Yeparxiyasının katibi,

Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi,

Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri”.

xxx

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının əldə edilmiş nailiyyətlər əsasında gələcək sosial-iqtisadi inkişafı üzrə mühüm və məsuliyyətli fəaliyyətinizin davamlı olmasını və Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqaməti də daxil olmaqla, yeni təşəbbüs və layihələrin həyata keçirilməsini arzulayıram.

Sizə möhkəm cansağlığı, uğurlar diləyirəm”.

xxx

Rusiyalı sahibkar Alişer Usmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz təbiət etibarilə əsl lider, böyük ürəyi və parlaq zəkası olan insansınız. Siz müzəffərsiniz və daim Azərbaycan xalqına lazım olanı əldə edirsiniz. Siz millətin müdrik və xeyirxah atası, bütün azərbaycanlıların sevgi hissi bəslədiyi dövlət xadimisiniz.

Sizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik arzulayıram. Allah Sizi, Azərbaycanı və Azərbaycan xalqını hifz etsin!”

xxx

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

İcazə verin, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı bildirim, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə irəliləyir, bütün sahələrdə böyük uğurlar qazanır və ardıcıl surətdə dünyada öz nüfuzunu möhkəmləndirir. Sürətlə inkişaf edən və daim böyük nailiyyətlər qazanan Azərbaycan digər dövlətlərlə uğurlu qarşılıqlı əlaqələr üçün əlverişli mühitə malikdir və bununla beynəlxalq aləmdə imicini qoruyub saxlayır. “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənizin iqtisadi, sosial tərəqqisi və nəqliyyat sənayesinin əsas rol oynadığı əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram”.

xxx

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Əmr Musa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İndiyə qədər əldə etdiyiniz nailiyyətlər Sizin peşəkar liderliyiniz və yaxşı düşünülmüş siyasətiniz sayəsində mümkün olub. Siz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, davamlı tərəqqi və yüksəlişin nadir nümunəsinə nail olmusunuz. Siz sülh şəraitində birgəyaşayışa və qonşularınızla əməkdaşlığa önəm verirsiniz. Həmçinin Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, təşkilatın fəaliyyətinə mühüm töhfələr vermisiniz. Təbii ki, bunlar 2023-cü ildə əldə etdiyiniz nailiyyətlərin bir qismidir. Əminəm ki, yeni ildə daha mühüm məqsədlərin həyata keçirilməsinə nail olacaqsınız. Bu sırada COP29-u xüsusi vurğulamaq istərdim. Uğurlarınız daim himayə etdiyiniz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən yüksək qiymətləndirilir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi Yeni 2024-cü il münasibətilə də təbrik edir, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzulayıram. Yeni ildə Sizin rəhbərliyinizlə Azərbaycana, eləcə də bütövlükdə regiona sülh, sabitlik, tərəqqi diləyirəm.

Möhtərəm Prezident, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

xxx

Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Şaqabitdin-Hacı Kerimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Şimali Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Tanrıya dua edərək Sizə firavanlıq, xoşbəxtlik, qardaş Azərbaycan xalqının rifahı, Qafqazda və bütün dünyada möhkəm sülh naminə fəaliyyətinizdə yeni uğurlar və zəfərlər arzu edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti və öz xalqının lideri kimi ölkənizin sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi işində mühüm nəticələrə nail olmusunuz. Siz Azərbaycan xalqının mənəvi-əxlaqi inkişafı məsələlərinə, İslamın həqiqi mənəvi dəyərlərinin möhkəmlənməsinə, dinlərarası və millətlərarası həmrəyliyin qorunub saxlanmasına və dərinləşməsinə böyük diqqət yetirirsiniz.

Siz atanız, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpası üçün misilsiz xidmətlər göstərmisiniz. Sizin parlaq diplomatik istedadınız, siyasi müdrikliyiniz və qeyri-adi liderlik keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan regionda şəksiz lider və keyfiyyətcə yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısıdır.

Sizin mərdliyinizə, qətiyyətinizə və müdrik uzaqgörənliyinizə – yalnız həqiqətən güclü və cəsur insana xas olan keyfiyyətlərinizə görə Şimali Qafqazın bütün müsəlmanları adından Zati-alinizə təşəkkürümü bildirməyi özüm üçün şərəf sayıram.

Zati-aliləri, biz, Qafqaz müsəlmanlarının nümayəndələri daim Sizin yanınızda olacağıq. Qafqazda və bütün dünyada sülh, sabitlik və rifah naminə qadir Allaha dua edirik. İnşallah.

Ulu Tanrı yorulmaz fəaliyyətinizdə Sizə kömək olsun, mərhəmətini heç vaxt əsirgəməsin”.

xxx

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində məqsədyönlü fəaliyyətiniz Sizin zəmanəmizin görkəmli siyasi və dövlət xadimi kimi böyük istedadınızı üzə çıxardı. Ölkənizin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq həyata keçirilməsi Sizə cəmiyyətdə və beynəlxalq arenada böyük hörmət, etimad və nüfuz qazanmağa imkan verib.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən mürəkkəb şəraitlərdə siyasi kompromis tapmaq bacarığı, Azərbaycan vətəndaşlarının maraqları naminə sosial siyasətin ardıcıl həyata keçirilməsi Sizə ölkənin qarşısında duran vəzifələri uğurla həll etmək imkanı verib.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın gələcək inkişafı naminə planlarınızın və təşəbbüslərinizin həyata keçirilməsində yeni-yeni uğurlar, əmin-amanlıq, sülh, xoşbəxtlik və tərəqqi arzulayıram”.

xxx

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, uzun ömür, möhkəm cansağlığı arzularımı çatdırır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə yaşadığım Almaniyada, eləcə də sıx əlaqədə olduğum digər Avropa ölkələrində hər zaman xalqının önündə qürurla dayanan və verdiyi hər bir sözü yerinə yetirən əvəzedilməz Lider kimi rəğbət bəslənilir. Bunu istər siyasi, istərsə də akademik arenada əcnəbi vətəndaşlardan eşitmək ürəyi daim Vətənlə döyünən bir azərbaycanlı kimi mənə böyük qürur hissi yaşadır.

Cənab Ali Baş Komandan, dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və tarixinə sadiqliyi, xüsusən də ata və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirirsiniz. O sadiqlik və ata vəsiyyəti ki, məhz onunla biz doğma Vətənimizi bu gün bütövləşən görmüşük.

Azərbaycanı daim zirvələrə ucaltdığınız, Vətənimiz naminə bütün mübarizələrdə xalqımızı və dövlətimizi qalib etdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizi əmin etmək istəyirəm ki, gələn il keçiriləcək və tariximizə Zəfər seçkiləri kimi düşəcək növbədənkənar prezident seçkilərində hər zaman dövlətçilik ənənələrinə sadiq olan biz gənclər Sizi – müzəffər Sərkərdəmizi dəstəkləyəcəyik. Əminik ki, bu dəfə də qalib Siz, Azərbaycan xalqı və Azərbaycan dövləti olacaqdır.

Sizi həm öz adımdan, həm də hər zaman qayğınızı görən ailəmiz adından bir daha təbrik edirəm”.

xxx

2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və ən xoş arzularımı çatdırıram. Həmçinin böyük Azərbaycan dövlətinin və bütün regionun davamlı sülh, təhlükəsizlik və firavanlığa doğru aparılması istiqamətində fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”.

xxx

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram.

Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm”.

xxx

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik.

Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”.

xxx

23.12.2023

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük uğurudur.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və Türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında
Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.

Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

xxx

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizi Yeni il münasibətilə də təbrik edirəm. Qoy gələn il Azərbaycan və bütün Türk dünyası üçün qələbələr ili olsun!

Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır.

Nəticələri ölkəniz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm”.

xxx

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Qoy Sizə xas olan möhkəm iradə, təcrübə, liderlik keyfiyyətləri, həmkarlarınızın hörməti, həmyerliləriniz arasında nüfuzunuz gələcəkdə də Azərbaycanın iqtisadi və sosial inkişafına xidmət etsin!

Rostov vilayəti əməkdaşlığı, respublikanızla və onun regionları ilə yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirir.

Sizə cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram”.

xxx

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz müdrik və uzaqgörən dövlət xadimi kimi öz vətəninizdə və xaricdə böyük hörmət qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın dayanıqlı inkişaf yolu ilə irəliləməsi respublikanın vətəndaşlarının qəlbində minnətdarlıq hissləri doğurur.

Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına şəxsi töhfənizi xüsusi qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin gələcəkdə möhkəmləndirilməsi potensialı genişdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı, enerji, uğurlar və növbədənkənar prezident seçkilərində ümumxalq dəstəyi, bizə yaxın olan Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

xxx

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Heydər oğlu.

Doğum gününüz münasibətilə “VTB Bank”ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Bu il Sizin respublikaya fədakar xidmətinizin 20 ili tamam oldu.
Bu vaxt ərzində Azərbaycanda xarici siyasət, iqtisadiyyat, sosial sahə və dövlət quruculuğunda şəksiz uğurlar əldə olunub. Ölkə Sizin rəhbərliyinizlə beynəlxalq arenada nüfuzunu xeyli möhkəmləndirib, regional lider mövqeyini gücləndirib, Avrasiya məkanında, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşması prosesində əhəmiyyətli aktora çevrilib.

Rusiyada Azərbaycan Respublikası, Azərbaycan xalqı ilə möhkəm əməkdaşlıq münasibətlərini və müttəfiqlik qarşılıqlı fəaliyyətini, məhsuldar ikitərəfli əlaqələri yüksək qiymətləndirirlər. “VTB” qrupu mürəkkəb çağırışlar şəraitində dinamik inkişaf edən işgüzar əlaqələrə, konstruktiv dialoqa böyük əhəmiyyət verir.

Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə və respublika üçün bu əlamətdar ildə Azərbaycana Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlər, Sizə isə qarşıdakı prezident seçkilərində müvəffəqiyyətlər, tükənməz güc ehtiyatı, yaxınlarınızla birlikdə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram”.

xxx

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam edir. Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Sizin Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olan Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, ölkələrimizə dost olan xalqların maraqları naminə, o cümlədən Qərbin müasir neokolonializm siyasəti ilə mübarizə çərçivəsində dialoqun ardıcıl surətdə inkişafının ciddi perspektivləri var.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar diləyirəm”.

xxx

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi təbrik edim.

Bu əlamətdar gündə Sizə, ailənizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı bildirirəm.

Sizin gördüyünüz işlər, qazandığınız nailiyyətlər bütün dünyada milyonlarla azərbaycanlıya ilham verir. Azərbaycan Sizin rəhbərliyinizlə böyük uğurlar qazanıb. Amma bu il ən böyük nailiyyət Azərbaycanın suverenliyini tam bərpa etməsi oldu.

Azərbaycanın dünya arenasında nüfuzu böyük dərəcədə artıb.
Bu, hər şeydən əvvəl, Sizin xidmətinizdir. Yuxarıda qeyd edilən uğurların kulminasiya nöqtəsi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinə dair qərar oldu.

Möhtərəm İlham Heydər oğlu, hadisələrin baş verməsi mərhələlərinə nəzər salsaq, dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, Sizin uzaqgörənliyiniz, parlaq diplomat, böyük strateq istedadınız heyranlıq doğurur.

Sizə, gözəl ailənizə cansağlığı, xoşbəxtlik, tərəqqi, hər zaman xoş əhval-ruhiyyə arzulayıram”.

xxx

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti olaraq salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirəm.

Müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan regionda və dünyada getdikcə daha mühüm rol oynayır. Ölkənin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyətinizdə Sizə tükənməz enerji arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, mənə etimad göstərib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunmağıma verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılmış təşkilatın rəhbəri vəzifəsinə layiq görülməyim mənim üçün böyük şərəf və qürurdur. Sizi əmin etmək istərdim ki, Türk dünyasının daha da gücləndirilməsi, onun zəngin mədəni irsinin qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Eyni zamanda, Zati-alinizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər, eləcə də Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə Vətəninə bağlı olmuş dünya miqyaslı siyasətçi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizin sevinciniz bütün Türk xalqlarının sevincidir”.

xxx

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Təcrübəli və məsuliyyətli dövlət xadimi kimi, Siz haqlı olaraq həmvətənləriniz arasında və beynəlxalq arenada yüksək nüfuza maliksiniz.

Sizin adınız Rusiya və Azərbaycan xalqlarının rifahı naminə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi ilə ayrılmaz surətdə bağlıdır.

Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram”.

xxx

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləməkdən şərəf duyuruq.

Sizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin həmrəyliyi və inkişafı ilə bağlı qəti mövqeyinizin ifadəsi olaraq, 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsinə, onun İƏT-in üzv qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Bakıda ev sahibliyi edilməsinə Azərbaycan hökumətinin davamlı dəstəyi regionun digər liderləri üçün parlaq nümunədir. Forumun beynəlxalq təşkilat kimi təsis edilməsini Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qeyd etməyiniz bizi daim qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinə göstərdiyiniz etimadla və dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.

Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əldə edilmiş ilk və böyük uğurdur. Biz müsəlman ölkələri gəncləri adından bu Qələbəni böyük sevinc və fərəh hissi ilə qarşıladıq.

Şuşa şəhərinin gələn il İslam dünyasının həm mədəniyyət, həm də gənclər paytaxtı seçilməsi müsəlman dünyasında Sizin nüfuzunuzun bariz göstəricisidir. Biz inanırıq ki, gələn il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzi olacaqdır.

2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzu edir və Sizin inamlı qələbənizə inanırıq.

Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.

Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik”.

xxx

Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzulayım.

Bu gün biz – Sizin həmvətənləriniz, dostlarınız indiki mürəkkəb tarixi dövrdə Azərbaycan xalqının öz Prezidenti və Ali Baş Komandanı başda olmaqla suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunu, iqtisadi və siyasi nailiyyətlərini artırdığını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyini, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyini, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığını böyük qürurla izləyirik.

Üç il bundan əvvəl Sizin komandanlığınız altında şanlı ordumuz doğma Qarabağımızı və onun beşiyi olan Şuşanı işğaldan azad etdi. Sizin dövlət xadimi, sərkərdə, görkəmli siyasətçi və diplomat kimi böyük istedadınız Ağdam, Laçın və Kəlbəcəri qan tökmədən geri almağa, bir qədər sonra isə ildırım sürəti ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün tam bərpa olunmasına imkan yaratdı.

Cəmi üç il keçib, amma bu müddət ərzində çox böyük işlər görülüb. Bu gün əsl qurucu dövlət xadimi kimi Siz bu şəhərləri dirçəldirsiniz. Bu, xalq üçün əsl xoşbəxtlikdir, Liderin zəfəridir!

Bugünkü dünyada Sizin kimi ölkəsinə bu qədər müdrikcəsinə rəhbərlik edən, öz xalqının və dünya ictimaiyyətinin böyük etimadını qazana bilən dövlət başçısı tapmaq qeyri-mümkündür.

Çox hörmətli İlham Heydər oğlu, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ərəfəsində doğma Vətənindən kənarda yaşayan milyonlarla həmvətənimiz Sizin fəaliyyətinizi yekdilliklə dəstəklədiyini bəyan edir, Azərbaycanın tərəqqisini və rifahını yalnız və yalnız Sizin fəaliyyətinizlə bağlayır. Uca Yaradan Sizə bu yolda güc-qüvvət və səbir versin!

Qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq, daha böyük uğur və xoşbəxtlik gətirsin! Sizə və yaxınlarınıza səadət və firavanlıq arzu edirəm”.

xxx

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.

BP şirkəti olaraq biz Azərbaycanda dünya miqyaslı enerji layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.

Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə əminik.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan xalqına firavanlıq, sülh və rifah arzulayıram”.

xxx

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, qaqauz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün planlarınızın uğurla həyata keçməsini arzulayıram.

Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və inkişaf etmiş beynəlxalq subyektlərdən biridir.

Eyni zamanda, icazə verin, Qaqauz sakinlərinə göstərilən diqqətə, eləcə də Qaqauz Muxtariyyəti ilə əməkdaşlığın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirim. Qaqauz regionunun təşəbbüslərinə Sizin diqqətiniz etimadlı qarşılıqlı münasibətlərin sübutudur.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı naminə ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram”.

xxx

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik etməyi və ən xoş arzularımızı çatdırmağı özümüzə böyük şərəf hesab edirik.

Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində reallaşdırdığınız humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın durmadan inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam bərpa olunması bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.

Müstəqil Azərbaycanımızın dövlət quruculuğu sahəsindəki səylərinizi və siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə, doğma xalqımıza möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

xxx

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram”.

xxx

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.

Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm”.

xxx

22.12.2023

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dəqiq məqsədlərə çatmaq və ölkənizə sədaqət nümayiş etdirməklə peşəkar fəaliyyətinizdə çox uğurlara nail olmusunuz. Sizin uzaqgörən dövlət xadimi və müdrik lider keyfiyyətləriniz sayəsində Azərbaycan Respublikası böyük inkişaf və tərəqqi əldə edib, beynəlxalq arenada ölkənizin nüfuzu durmadan yüksəlir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Sizin daimi diqqətinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası dialoq üzrə tərəfdaş kimi təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə səy göstərir. Əminəm ki, Sizin dəstəyinizlə biz qarşılıqlı faydalı əməkdaşlıq üçün daha çox səy göstərəcəyik.

Sizə və ailənizə səmimi-qəlbdən xoşbəxtlik və cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

xxx

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrikliyiniz, qətiyyətiniz, xarakterinizin möhkəmliyi əsl xalq liderinin parlaq xüsusiyyətləridir. Sizin ədalət və Vətənə fədakar xidmət ideallarınız respublika vətəndaşlarını yeni nailiyyətlərə ruhlandırır.

Hörmətli İlham Heydər oğlu, Sizin səmərəli rəhbərliyiniz sayəsində ölkə durmadan inkişaf edir, iri investisiya və infrastruktur layihələri reallaşdırılır, Azərbaycan əhalisinin həyat keyfiyyəti yüksəlir, dövlətin beynəlxalq arenada rolu güclənir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və uzun ömür arzulayıram. Azərbaycanın rifahı və tərəqqisi üçün yorulmaz fəaliyyətiniz həmvətənləriniz tərəfindən həmişə layiqincə dəyərləndirilir və dəyərləndiriləcək”.

xxx

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Sizin Azərbaycanın Prezidenti vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz doğma ölkənizə sevginizin, onun təhlükəsizliyinin və hərtərəfli inkişafının, xalqın əmin-amanlığının təmin edilməsi səylərinizin parlaq təzahürüdür.

Bu gün də çox mürəkkəb qlobal çağırışlar şəraitində Sizin zəhmətinizin nəticələri, zəngin təcrübəniz və nüfuzunuz yeni genişmiqyaslı dövləti vəzifələrin həllinin, Azərbaycan Respublikasının vətəndaşları üçün zamanın tələb etdiyi faydalı konseptual layihələrin reallaşmasının bünövrəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Tatarıstan və Azərbaycan arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın səviyyəsindən böyük məmnunluq ifadə edir, həmçinin respublikamıza göstərdiyiniz diqqətli münasibətə görə Sizə təşəkkürümü bildirirəm. Ümidvaram ki, Tatarıstan-Azərbaycan qarşılıqlı fəaliyyəti gələcəkdə də fəal və məzmunlu olacaq, Rusiya və Azərbaycan xalqlarının strateji maraqlarına tam şəkildə cavab verəcək”.

xxx

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz mübarək. Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Sizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

“Komsomolskaya pravda” ilə səmimi dostluğa və məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirirəm”.

xxx

Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin icraçı direktoru Konrad Szorq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizə ailəniz və yaxınlarınızla birlikdə uzun ömür, cansağlığı və xoşbəxtlik diləyirəm. Azərbaycanı nüfuzlu, inkişaf edən, müasir və gözəl ölkəyə çevirən ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Bakıya hər səfərimdə bu şəhərdə baş verən inkişafa heyran oluram.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.

Qarşılıqlı etimad əsasında uğurlu əməkdaşlıqla nəticələnən xarici səfərləriniz zamanı ölkənizin əsl dostu kimi Sizinlə və nümayəndə heyətinizlə işləməkdən həmişə məmnunluq duyuram və Sizinlə gələcəkdə də işbirliyinə ümidvaram.

Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı və səmimi hörmətimi bir daha bildirim”.

xxx

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim və ilk növbədə, Sizə möhkəm cansağlığı arzulayım. Həmçinin Sizə uzun ömür, əmin-amanlıq, rifah, ailənizə xoşbəxtlik diləyirəm.

Zati-aliləri, Siz nümunəvi həyat yolunuz, müdrik fəaliyyətinizlə sübut etdiniz ki, biz dünyaya xeyirxah işlər görmək üçün gəlmişik. Siz mənim üçün əziz və unudulmaz insanlar olan, ruhları qarşısında baş əydiyim valideynləriniz Heydər Əliyev və Zərifə Əliyevanın işlərini davam etdirərək bu missiyanı şərəflə yerinə yetirir, bəşəriyyət naminə qurub-yaratmağa davam edirsiniz. Onlar dünyaya Sizi – zəmanəmizin müdrik siyasi və dövlət xadimini, bizim təhsil müəssisəmizə ikinci həyat verən Azərbaycan xalqının böyük oğlunu bəxş ediblər. Sizin diqqət və qayğınız sayəsində əsaslı təmir olunmuş gözəl liseyimizdə bu gün 2300 şagird təhsil alır.

Zati-aliləri, qoy Uca Yaradan həmişə Sizi və doğmalarınızı, daha qüdrətli və gözəl ölkəyə çevrilən Azərbaycanı qorusun! Elə bir gün olmur ki, mən Sizi, xeyirxahlığınızı, daimi köməyinizi xatırlamayım. Uşaqlarımız üçün sığınacaqlarda lazımi şərait yaradılması ilə bağlı mənim xahişimin vacibliyini anlayışla qarşıladığınıza görə qarşınızda baş əyir, Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, həmçinin Sizə bildirim ki, – bunu bilmək Sizin üçün də xoş olacaq, – bizim 3A sinfinin şagirdləri Azərbaycan dilini öyrənməyə başlayıblar və bunu 12-ci sinfə qədər davam etdirəcəklər. Sizə söz verirəm ki, hər il Azərbaycan dilini öyrənənlərin sayı daha çox olacaq.

Azərbaycan, Bakı, Naxçıvan daim mənim qəlbimdədir. Sizə qarşıdan gələn prezident seçkilərində səmimi-qəlbdən qələbə arzulayıram. Qəti əminəm ki, hələ uzun illər ölkənizə məhz Siz rəhbərlik edəcəksiniz, inşallah”.

xxx

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tərəqqi və nəzərdə tutduğunuz planların həyata keçməsində uğurlar diləyirəm.

İqtisadi cəhətdən firavanlaşan dövlətin inkişafı və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və bu, indi də davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə dəstəyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram”.