RÜFƏT YAQUBOV “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLDİ

Prezident İlham Əliyev R.S.Yaqubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.

Sərəncamla Azərbaycan Respublikasında səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüfət Səttar oğlu Yaqubov “Şöhrət” ordeni ilə təltif edilir.