
Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar göndərilən saxta mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Yeni ilə özəl endirimlər” kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz.
“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”, – deyə məlumatda qeyd olunub.
