İORDANİYA KRALI PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”.