ÇİNDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 135-Ə ÇATIB

Bazar ertəsi Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 135 nəfərə çatıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, şimal-qərbdəki Qansu əyalətində 113 nəfər, qonşu Qinghai əyalətində 22 nəfər həlak olub. Daha 12 nəfərin itkin düşdüyü bildirilir.