AZƏRBAYCANIN MMA DÖYÜŞÇÜSÜ ARDICIL 10-CU QƏLƏBƏSİNİ QAZANIB

Azərbaycanın MMA döyüşçüsü Süleyman Süleymanov növbəti döyüşünü keçirib.

70,3 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Tailandın paytaxtı Banqkokda təşkil olunmuş “ONE Friday Fight” yarışında rinqə çıxıb.

“Lumpini” arenasında baş tutan görüşdə rəqib qırğızıstanlı Nursultan Toktorov olub. İkinci raundda rəqibini məğlub edən S. Süleymanov peşəkar karyerası ərzində keçirdiyi 10-cu döyüşündə də qələbə qazanıb.

N. Toktorov isə ilk dəfə məğlubiyyət acısı yaşayıb.