XANKƏNDİDƏ SƏS VERƏCƏK SEÇİCİLƏRİN SAYI AÇIQLANIB

Xankəndidə təqribən 800-900 seçicinin səs verməsi gözlənilir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”, – deyə o əlavə edib.