AHİK-İN QURULTAYINDA İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİN DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI QƏRAR QƏBUL OLUNUB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gələn ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar layihəsini qəbul edib.

Qərar layihəsi AHİK-in dekabrın 20-də keçirilən növbədənkənar qurultayında qəbul olunub.

AHİK-in İcraiyyə Komitəsinə İlham Heydər oğlu Əliyevin 2024-cü ilin fevral ayında keçiriləcək prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı müvafiq tədbirlərin təşkili və həyata keçirilməsi ilə bağlı tapşırıq verilib.