AZƏRBAYCAN IFC İLƏ NƏQLİYYAT VƏ RƏQƏMSAL İNKİŞAF SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİB

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşüb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

“Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşdük. Ölkəmizdə nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik”, – deyə nazir bildirib.