
Azərbaycan gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha üç medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri batut gimnastikası üzrə yarışda fərqləniblər.
Fərdi proqramda Selcan Mahsudova və Nicat Mirzəyev qızıl, Əli Niftəliyev isə gümüş medal qazanıb.

