NÖVBƏTİ KÖÇ KARVANI ZABUX KƏNDİNƏ ÇATIB

Paytaxtın Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.

Trend xəbər verir ki, bununla da 25 ailə – 92 nəfər doğma yurduna qayıdıb.

Bugünkü köçlə Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.