UKRAYNADAN AZƏRBAYCANA AVİAREYSLƏRİN SAYI ARTIRILIR

“Ukrayna Beynəlxalq Hava Yolları” Azərbaycana reyslərin sayını artırır.

Şirkətə istinadən məlumatına görə, reyslərin sayı koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə bağlı artırılır.

Qeyd olunur ki, iyul ayında aviaşirkət Bakı-Kiyev-Bakı marşrutu üzrə reysləri həftədə iki dəfə həyata keçirəcək.

İyulun 13-dən başlayaraq uçuşlar çərşənbə axşamları, iyulun 24-dən isə şənbə günləri baş tutacaq.