ETX: KİBERDƏLƏDUZLAR “AZƏRPOÇT”UN ADINDAN İSTİFADƏ EDƏRƏK SAXTA SMS GÖNDƏRİRLƏR

Son zamanlar kiberdələduzlar “Azərpoçt” MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir.

Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edir.