İyulun 12-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün ibtidai sinif və riyaziyyat fənni üzrə imtahanlar keçirilir. İbtidai sinif üzrə 2353, riyaziyyat fənni üzrə isə 826 nəfər imtahanlara dəvət olunub.
Bu gün ibtidai sinif üzrə imtahanların sonuncu günüdür.