AZƏRBAYCAN XİN TACİKİSTANA ZƏLZƏLƏ İLƏ BAĞLI BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib.

Azərbaycan XİN-in başsağlığında deyilir: “Tacikistanda beş nəfərin ölümünə səbəb olan zəlzələnin baş verməsi barədə xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”.

Qeyd edək ki, Tacikistanın şimalında Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.