“MİLLİNET 2023” MÜSABİQƏSİNDƏ YEKUN SƏSVERMƏ BAŞA ÇATIB

Milli İnternet Mükafatı – “MilliNet 2023” müsabiqəsində səsvermənin ikinci mərhələsi başa çatıb.

Mükafatın rəsmi saytında bildirilib ki, rəqəmsal resursların yekun qiymətləndirmə prosesi 10 gün davam edib. Bu il müsabiqəyə 13 nominasiya üzrə 222 internet resurs təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 187 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. “İlin rəqəmsal siması” nominasiyasına 8 nəfər qəbul edilib. Bir nominasiya üzrə rəqabətli mühit formalaşmadığından ləğv edilərək resurslar digər nominasiyalara keçirilib.

Yekun qiymətləndirmə prosesində birinci səsvermənin nəticələri əsasında “Nominant” statusu qazanan 71 resurs iştirak edib.

“MilliNet 2023” müsabiqəsinin yekunu və qaliblərinin adları Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasimində – dekabrın 15-də açıqlanacaq.

Qeyd edək ki, Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir. Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.