RUSİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ FƏXRİ XİYABANI ZİYARƏT EDİB 

Dekabrın 8-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Fedarasiya Şurası sədrinin birinci müavi Andrey Yatskinin başçılıq etdiyi nümyəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Parlamentdən verilən məlumata görə, ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatları Rusiya ilə əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin, Ağalar Vəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib (FOTO)

Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib (FOTO)