UNESCO: AZƏRBAYCANIN QOŞULDUĞU 4 ÇOXMİLLƏTLİ NOMİNASİYA BƏŞƏRİYYƏTİN QEYRİ-MADDİ MƏDƏNİ İRSİNİN REPREZENTATİV SİYAHISINA DAXİL EDİLİB

Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın 4 çoxmillətli nominasiyası Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

UNESCO üzrə Azərbaycan Milli Komissiyası xəbər verir ki, Hökumətlərarası Komitənin sessiyasında Azərbaycanın qoşulduğu 4 çoxmillətli nominasiyalar: “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan) , “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Həmçinin UNESCO-nun Təcili Qorunma Siyahısında yer alan Azərbaycanın “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə bağlı növbəti dövri hesabatın qəbulu gözlənilir.

Azərbaycanın qoşulduğu 4 çoxmillətli nominasiya Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib (FOTO)