VÜQAR HƏŞİMOV MEMORİALININ LOQOSU “ALOV QÜLLƏLƏRİ”NDƏ ƏKS OLUNUR

Sayca doqquzuncu dəfə keçiriləcək şahmat üzrə Vüqar Həşimov Memorialının loqosu Bakının mərkəzində nümayiş etdirilir.

Turnirin mətbuat xidmətindən verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində – “Alov qüllələri”ndə əks olunur.

Memorialın loqosunu paytaxt sakinləri axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.

Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.